“Barselona”nın müdafiəçisi Xerard Pike əzəli rəqibləri “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo haqqında maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan ispaniyalı futbolçu həmişəkindən fərqli olaraq Ronaldonun çalışma əzminə heyran olduğunu deyib:
 
“Ronaldo heç dəyişməyib. O yenə mənim əvvəllər heyran olduğum Ronaldodu. Portuqaliyalı futbolçu həmişə istəyir ki, daha yaxşı olsun. O, əsl maşındı, çox iddialıdı. Özünü inkişaf etdirməkdən heç vaxt bezmir. Bəziləri deyir ki, Ronaldo ən yaxşı futbolçudu, amma o daha da yaxşı olmaq istəyir. Elə bu səbəbdən ona hələ də heyranam”.
 
Qeyd edək ki, Pike 2004-2008, Ronaldo isə 2003-2009-cu illərdə “Mançester Yunayted”ə çıxış edib. 
Shares: