"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın türkiyəli çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Premyer Liqada ilk oyunum idi. Bundan öncə kubokda qalib gəldik. Son həftələrin yaxşı komandasına qarşı oynadıq. “İnter”in son oyunlarda uğurlu seriyası var idi. Bu gün sadəcə qələbə qazanmaq üçün oynadıq. Amma oyun heç-heçə bitdi. Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün son 3 həftədə 7 və ya 9 xal qazanmaq lazım idi. Artıq qarşıdakı oyunlarda qalib gəlmək lazımdı. Yarışda rəqiblərimizdən xeyli geri düşmüşük. Oyundan məmnunam, çətin rəqibə qarşı oynadıq. Qalib də gələ bilərdik, qol imkanlarımız oldu, rəqibə çox qol imkanı vermədik. Oyunda üstün tərəf idik, təəssüf ki, qalib gələ bilmədik. Nəticəyə çox sevinmirik, həm də üzülmürük. Komandaları və futbolçuları, əsas da öz komandamı tanımağa çalışıram. Buna vaxt lazımdı. Daha yüksək tempdə oynayan komanda hazırlamağa çalışacağıq. Qarşıdakı vaxtı çox yaxşı dəyərləndirməlyik. Bugünkü oyunda məğlub olmaq şansımız yox idi. Bəlkə də, heç-heçə normal nəticədi. Süni meydançalarda oynamaq çətindi, bu cür oyunlara 3 gün öncədən getməyi düşünürük. Skarlatakenin zədəsi haqqında həkimlə danışmamışam. Tibbi müayinəyə ehtiyacı var. Özü ilə danışdım, az ağrısı olduğunu bildirdi. İşlədiyim ölkələrdə hakimlərlə bağlı tənqidi fikirlər deməmişəm. Hakimlər səhv edə bilər. Bu da futbolun daha da sevilməsinin şərtlərindən biridi. Ümumilikdə, yaxşı idarə etdi”.
Shares: