Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç bu görüşdə də iştirak ərizəsində yer almayıb. Nduka isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 9 xalla 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
16-cı tur
8 dekabr
Adana Dəmirspor – Tavşanlı Linyitspor – 3:0





