"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 3:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
"Çox çətin oyun oldu. Erkən qol vurmağımız işimizə yaradı. İkinci hissədə rəqibin qoluna erkən cavab verməyimiz isə qələbənin təməlini qoydu. Qarşıda çətin oyunlarımız var. Bu qarşılaşmalara ciddi hazırlaşacağıq. İnşallah, ikinci dövrəni lider kimi başa vurmaq istəyirik. Düzdü, zəif komandalara qarşı oyunlarda xallar itirmişik. Şükürlər olsun ki, yenidən liderliyi geri qaytardıq".





