FİFA bu gün 2013-cü ilin ən yaxşı hücumçusuna namizəd olan 15 futbolçunun adını açıqlayıb. Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda yer alan 15 futbolçunun cari ildə həm milli komanda, həm də klublarındakı çıxışları əsas götürülüb.
 
2013-cü ilin ən yaxşı hücumçusuna namizəd 15 futbolçu:
 
Serxio Aquero (Argentina, "Mançester Siti"), Mario Balotelli (İtaliya, "Mançester Siti"/"Milan"), Edinson Kavani (Uruqvay, "Napoli"/PSJ), Dieqo Kosta (İspaniya, "Atletiko" (Madrid), Kriştianu Ronaldo (Portuqaliya, "Real" (Madrid), Didye Droqba (Kot d`İvuar, "Şanxay Şenhua"/ Qalatasaray"), Radamel Falkao (Kolumbiya, "Atletiko" (Madrid/“Monako"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Robert Levandovski (Polşa, "Borussiya" (Dortmund), Mario Mandzukiç (Xorvatiya, "Bavariya"), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, "Santos"/“Barselona"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Luis Suares (Uruqvay, "Liverpul"), Robin van Persi (Hollandiya, "Mançester Yunayted").
Shares: