Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçöncəsi keçirilən mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı jurnalistlərə açıqlamasında bunları deyib:
"Çox çətin oyun olacaq. Rəqibimiz son matçlarda qol buraxmayıb. Məqsədimiz qapımızda qol görmədən qələbə qazanmaqdı. Çünki növbəti mərhələyə keçməyimiz üçün qalib gəlmək əsas şərtdi. Azarkeşlərin dəstəyinə sona qədər ehtiyacımız var.
Futbolda hər şey ola bilər. Avropa Liqasına vəsiqə qazanmaq da bizim üçün pis nəticə olmayacaq”.
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı bu axşam İstanbulda baş tutacaq.





