Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Düsseldorf “Fortuna”sının əsas heyətindəki debütünü şərh edib. Futbolinfo.az xəbər verir ki, Erat Bundesliqa-2-nin 17-ci turu çərçivəsində keçirilmiş “Kayzerslautern”lə səfər oyununda  90 dəqiqə meydanda olub.
 
O, oyundan sonra Almaniya mətbuatına açıqlamasında bunları söyləyib: “Oyunqabağı elə həyəcanlı, narahat idim ki, sanki dəridən çıxacağımı hiss edirdim. Mənə Tobias Levels çox kömək etdi. O, mənə oyunun gedişində nə vaxt irəli-geri gedəcəyimi deyirdi. Bu, peşəkarların heyətində mənim ilk oyunum idi. Ümid edirəm ki, bu, sonuncu deyil. İndi mən sadəcə, xoşbəxtəm. Ümid edirəm ki, bunun davamı gələcək”.
 
Xatırladaq ki, oyun “Fortuna”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb və hazırda komanda 22 xalla 12-ci pillədə qərarlaşıb.
Shares: