Rusiya mətbuatı “Qəbələ”nin baş məşqçisi Yuri Syominin Azərbaycan milli komandasının baş məşqçisi təyin oluna biləcəyi ilə bağlı iddia ortaya sürüb. Xəbərdə təcrübəli baş məşqçinin Berti Fotsu əvəzləyə biləcəyi yazılır.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov futbolinfo.az saytına açıqlamsında bu məsələyə münasibət bildirib:
“Bizim bundan xəbərimiz yoxdu. Nə AFFA tərəfindən bizə təklif gəlib, nə də Syomin özü bizə belə bir söhbət olduğunu deyib. Sadəcə Rusiya mətbuatında bu haqda nəsə yazılıb. Biz Syominin komandamızdakı nəticələrindən razıyıq. O özü də Rusiya mətbuatına açıqlamasında diqqətini yalnız komandasına yönəltdiyini bildirib. Bu xəbərlər əsassızdı”.





