İngiltərə "Arsenal"ının müdafiəçisi Bakari Sanya mövsümün sonunda komandadan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu İtaliya klublarının diqqət mərkəzinə düşüb.
 
"Milan" və "Napoli" Sanyanı heyətində görmək niyyətindədi. Mövsümün sonunda oyunçunun müqavilə müddətinin bitməsi və hələ də “topçular”dan yeni təklif almaması da İtaliya təmsilçilərini hərəkətə keçirib. Həm "Milan", həm də "Napoli"nin yanvarda futbolçu ilə danışıqlara başlayacağı bildirilir.
 
2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya bu mövsüm premyer-liqada 12 oyun keçirib.
Shares: