"Barselona"nın baş məşqçisi Xerardo Martino futbolçusu Nemyar haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı braziliyalı hücumçunun daha çox qol vurmalı olduğunu deyib:
 
"Heç bir oyunçuya vurduğu qola görə qiymət vermərəm. Amma Neymar daha çox qol vurmalıdı. Çünki o, meydanın hər yerində oynaya bilir . Messi qədər uğurlu olmasa da, Pedro, Aleksis Sançes və Sesk Fabreqasın da etdiklərini bacara bilər".
 
Qeyd edək ki, Neymar indiyə kimi “Barsa” formasıyla 20 oyunda 5 qol vurub.
Shares: