Çempionlar Liqasının qrup mərhələsində dünən "Kopenhagen"lə qarşılaşan "Real" (Madrid) yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, İspaniya klubu qitənin ən nüfuzlu turnirində ardıcıl olaraq 31 oyunda qol vuraraq "Barselona"ya aid olan rekordu tarixə gömüb.
Kataloniya klubu indiyədək ardıcıl 30 matçda qol vuraraq bu göstəricidə hamını qabaqlayırdı.
"Real"a rekord gərirən qola isə görüşün 25-ci dəqiqəsində Luka Modriç imza atıb.





