İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Napoli" ilə oyunöncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın nəticəsində asılı olmayaraq oyunçulara istirahət verməyəcəyini və oyundan dərhal sonra növbəti matç köklənəcəklərini deyib:
"Oyunçularımdan heç birinə istirahət verməyi düşünmürəm. Bəlkə kiçik dəyişikliklər ola bilər. Bizim hazırkı hədəfimiz qrupdan çıxmaqdı. Əgər qrupu lider olaraq tamamlasaq, lap yaxşı olar. "Napoli" ilə oyun çətin olacaq. Ancaq biz "Borussiya" (Dortmund) kimi təhlükəli səfərdə qələbə qazanmışıq".
Qeyd edək ki, "Napoli" – "Arsenal" oyunu bu axşam 23:45-də başlayacaq.





