Qar yağışı digər bir Premyer Liqa təmsilçisi "Qəbələ"nin də planlarını dəyişib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi məşqin keçiriləcəyi yeri müəyyən edə bilməyib.
 
Belə ki, əsas meydanda məşqə çıxmalı olan komanda güclü qar yağışı səbəbindən hazırlığı süni örtüklü, yoxsa qapalı zalda keçirəcəyinə qərar verməyib.
 
Bundan başqa hava şəraiti klubun səfər planını da dəyişib. "Neftçi" ilə oyundan bir gün öncə Bakıya gəlməyi planlaşdıran "Qəbələ" sabah tezdən paytaxta yola düşəcək. Komanda 2 gün Bakıda qalaraq, məşqlərini burada davam etdirəcək.
 
Qeyd edək ki, "Neftçi" – "Qəbələ" qarşılaşması dekabrın 15-də "Bakcell Arena"da keçiriləcək və saat 18:00-da start götürəcək.
Shares: