İtaliyanın “Milan” klubunun hücumçusu Mario Balotelli Çempionlar Liqasındakı çıxışları ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, “Ayaks”la görüşdə azlıqda qaldıqları üçün qələbə qazana bilmədiklərini deyib:
“Mən qol vurmağı çox sevirəm, amma qol buraxmamaq vacib idi. Digər İtaliya klubları da bizim kimi növbəti mərhələyə adlaya bilərdi. Təəssüf ki, onlar bunu bacara bilmədi. Amma digər tərəfdən “Milan” mərhələ adladığına görə çox xoşbəxtəm. 1/8 finaldakı rəqibimiz haqqında da düşünmək istəmirəm. İstənilən halda qrupu lider olaraq mərhələ adlayan hər hansı bir klubla qarşılaşacağıq”.





