Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığmamız Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.






