MBA-da bu gecə müntəzəm çempionatın 9 oyunu keçirilib.

Keçən ilin autsayderi çempionu evdə məğlubiyyətə uğradıb – 117:97. Bununla da “Detroyt Pistons” qələbə seriyasını 8 oyuna çatdırıb. “Boston Seltiks”in isə qələbə seriyası qırılıb. Oyunda ən məhsuldar basketbolçu qonaqların lideri Ceyson Teytum olub. Detroyt komandasında Kaningem 22 xalla yadda qalıb.

“Hyuston Rokets” evdə “San Antonio Spörs”dən üstün olub. Görüşün taleyi 3 perioda həll edilib – 118:106. Alperen Şengünün aktivində 9 xal və 11 ribaund var.

Digər oyunlar arasında lider “Oklahoma Siti Tanders”in “Bruklin Nets” üzərində qələbəsini qeyd etmək olar. Şey Gilgs Aleksanderin aktivində 27 xal var.

Shares: