İtaliyanın "Milan" klubunda daha bir futbolçu sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, söhbət gənc hücumçu Stefan El-Şaaravidən gedir.
O, Çempionlar Liqasının qrup mərhələsində "Ayaks"la matçda zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı. Həkimlərin müayinəsindən sonra Misir əsilli qolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Bu isə o deməkdi ki, forvard "Roma" və "İnter"lə vacib qarşılaşmaları buraxmalı olacaq.





