“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev futbolinfo.az saytına müsahibəsi
– AZAL-la oyunda vurduğunuz qol ayın ən yaxşı qolu seçildi. Bunu gözləyirdiz?
– Namizəd olan 5 qolun hamısına baxdım. Mənim qolumu birinciliyə layiq görüblər. Burda əməyi olan hər kəsə təşəkkür edirəm. Axrıncı yox, axarıncı olsun.
– Vurduğunuz qolun ən yaxşı seçilməsi sizin üçün əlavə stimul ola bilər?
– Düşünürəm ki, olacaq. Bu, məni qarşıdakı turlarda yenə də belə qollar vurmağa sövq edir. Gec-gec fərqlənsəm də, vurduğum qollar adətən baxımlı olur. Bundan sonra daha çox qol vurmağa çalışacağam.
– Bu gün PFL ayın ən yaxşılarını mükafatlandırmaq üçün tədbir keçirdi. Amma bu tədbirdə iştirak etmədiz. Səbəb qarın yağması, yoxsa Mustafa Dənizlinin sizə icazə verməməsi idi?
– Bu gün səhər məşqimiz var idi. Baş məşqçi məni çağırdı və dedi ki, yol uzundu, həm məşqimiz, həm də qarşıda oyun var, hazırlaşmalıyıq. Mən də onun fikrinə hörmətlə yanaşdım. İstəyirdim ki, iştirak edim. Amma qismət deyilmiş. Bundan sonra yenə qismət olarsa, iştirak edərəm.
– Con Toşak komandadan getdi, onu Mustafa Dənizli əvəzlədi. Bu iki məşqçi arasında nə kimi fərqlər var?
– Fərq odu ki, yeni baş məşqçimiz nizam-intizama daha çox diqqət yetirir. Amma Toşak futbolçulara sərbəstlik verirdi. Həm futbolçularla çox maraqlanır, motivasiya baxımından güclü məşqçidi. Cəmi 2 həftədi komandanın başındadı. Qarşıda nə olacağını birlikdə görəcəyik. İnanıram ki, qış fasiləsindən sonra azarkeşlər tamam fərqli “Xəzər Lənkəran” görəcəklər.
– Uzun müddətdi ki, komandadasız. Dənizli Türkiyənin üç böyük komandasında işləyib. Türkiyəli mütəxəssisin məşqlərində digərləri ilə müqayisədə fərqli nəsə varmı?
– Hər məşqçinin özünəməxsus üslubu var. Mirça Rednik bir cür, Toşak başqa cür məşqlər etdirirdi. Yeni baş məşqçi də ayrı-ayrı məşqlər verir. Amma vaxt azdı deyə daha çox yüngül məşqlər olur. Dənizliyə vaxt vermək lazımdı. Fikrimcə, gələcəkdə daha yaxşı olacaq. Elə indidən komandada dəyişikliklər hiss olunur. İntizam ən əsası yüksək səviyyədədi.
– Mətbuatda daha çox belə yazılar gedir ki, Dənizli də “Xəzər Lənkəran”da bacarmasa, komandanı kökündən dəyişmək lazımdı. Bu fikirlərlə razısız?
– Bilirsiz, mən özüm də şokdayam. Biz bu yerdə olmalı deyildik. Sərgilədiyimiz oyuna baxsaz, o qədər qələbə qazanmalı olduğumuz matçlar var idi ki,. Amma həmin görüşlərdə ya məğlub olmuşuq, ya da heç-heçə etmişik. Məsələn “İnter”lə, “Rəvan”la, “Neftçi” ilə oyunlarda hücumlarımızın ardı-arası kəsilmirdi. Amma qələbə qazana bilmədik. Komanda qol vura bilmir. Bu, hər bir komandanın başına gələ bilər. Köklü dəyişikliyə gəlincə, 28 futbolçunun hamısını birdəfəlik komandadan göndərmək olmaz. Bu, mümkün deyil. Yenə də yeni futbolçulara ehtiyac olacaq. Bunu baş məşqçimiz müəyyənləşdirəcək, özü baxacaq və lazımı oyunçuları komandaya gətirəcək.
– Toşakı daha çox səhv transfer siyasətinə görə qınayırdılar. Siz də onun komandanı tərk etməsinə əsas səbəb kimi bunu görürsüz?
– Yəqin ki, Toşaka istədiyi futbolçuları almaq üçün şans verilmişdi. O, baş məşqçi idi və çox güman ki, öz qurduğu komandaya güvənirdi. Bu, onun məsuliyyəti idi.
– Yəqin ki, Toşaka istədiyi futbolçuları almaq üçün şans verilmişdi. O, baş məşqçi idi və çox güman ki, öz qurduğu komandaya güvənirdi. Bu, onun məsuliyyəti idi.
– "İnter”lə oyunda “Xəzər Lənkəran” meydanda daha yaxşı görünürdü və hətta demək olar ki, birinci hissəni rəqibindən üstün oynadı. Dənizli qısa vaxtda nəyi dəyişdi ki, komanda belə oynadı?
– Nəinki “İnter”lə oyunda, elə Toşakın zamanında da biz ev oyunlarımızda çox yaxşı oynayırdıq. Hətta səfər oyunlarımız var idi ki, rəqiblərimizdən qat-qat üstün oynamışdıq. “İnter”lə də oyunda yaxşı oyun nümayiş etdirdik. Top qapıya getmirdi. Sanki qapılar tilsimlənib.
– Qarşıda “Rəvan”la oyununuz var. Azarkeşlər qələbə gözləyir…
– İlk dövrədə “Rəvan”a qarşı keçirdiyimiz oyunu unuda bilmərəm. Həmin oyunda 25 real qol epizodumuz olsa da, cəmi 1 xal qazandıq. Nə qədər çalışsaü da, top qapıya girmirdi. Mən elə oyun görməmişdim. Onlarla evdəki oyunda isə mütləq 3 xal qazanmalıyıq. Azarkeşlərin də qələbələrə ehtiyacı var. Rəqibimizi kiçiltmək istəmirəm, amma biz qalib gəlməliyik.
– Bildiyimizə görə Dənizli yeni gələndə komanda ilə söhbətində Premyer Liqanın son 3 oyununda minumum 7 xal qazanmalı olduğunuzu bildirib…
– 7 yox, 9 xal demişdi. “İnter”lə oyunu qazana bilmədik. Qarşıdakı oyunları udub 7 xalı qazanmalıyıq. Daha nə olacaq onu fasilədən sonra görəcəyik.
– “Qarabağ”la aranızda 17 xallıq fərq var. Dənizli ilə “Xəzər Lənkəran” ikinci dövrədə bu xal fərqini aradan qaldırmaq mümkündü?
– Futbolda hər şey mümkündü. Biz bunu bacara bilərik.
– Razısız ki, “Xəzər Lənkəran”nın əsas hədəfi ötənmövsümkü kimi yenə kubok olacaq?
– Çempionatda da maksimum nəticə qazanmağa çalışacağıq. Premyer Liqanı boşa verməyəcəyik. Amma orada işimiz çətindi. Kubokda ilk oyunda inamlı qələbə qazanmışıq. Çalışacağıq ki, mövsümü ən azı kuboku qazanmaqla başa vuraq.
ELSEVƏR





