Bu gün 1-ci divizonun 14-cü turuna start verilib. Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda MOİK "Bakı”nın təlim-məşq bazasının stadionunda "Lokomotiv"lə üz-üzə gəlib.
Bu matçı izləyənlər arasında "Bakı"nın baş məşçisi Milinko Pantiç də olub. Saytımıza açılqama verən "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov Pantiçin bu matçı izləməsinin səbəbini belə izah edib: "Baş məşqçimiz bütün komandalarımızın oyununu izləyir. Ötən gün "Bakı" və "Neftçi"nin U-19 komandalarının da oyununu izləyib. Sabah da əvəzedicilərin oyununu izləyəcək.
Bütün komandalarımızın oyunlarını diqqət mərkəzində saxlayırıq. Nəzərə almaq lazımdı ki, bizim akademiyada olan gənc futbolçuların hamısı A komandamız üçün hazırlanır. Baş məşqçimiz də oyunları izləyir, futbolçuları diqqətdə saxlayır. Qış fasiləsi zamanı təlim-məşq toplanışına gedəndə əsas komanda ilə birlikdə gənc futbolçuları da özü ilə aparmaq istəyir. Baş məşqçi hansı futbolçunu bizə təklif etsə, həmin oyunçular da qış fasiləsində əsas komanda ilə birlikdə təlim-məşq toplanışına göndəriləcək".





