Bu gün Topaz Premyer Liqasının 17-cı turu 2 qarşılaşma ilə start götürür. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "İnter" "Sumqayıt"ı qəbul edəcək.
Saytımıza açıqlama verən "kimyaçılar"ın hüçumçusu Nurlan Novruzov oyunla bağlı fikirlərini bölüşüb: "Əsas heyətdə 3 futbolçunun cəza səbəbi ilə oynamaması bizim üçün yaxşı olmadı. Həmin oyunçular bu günə kimi bütün güclərini ortaya qoyublar. Bu gün biz həm onların, həm də öz əziyyətimizi yerə vurmamağa çalışacağıq. "İnter"ə hörmətlə yanaşırıq. Ancaq bu gün biz Sumqayıta 3 xal ilə qayıdacağıq. Hazırda 1 xal belə bizim üçün məğlubiyyətə bərabərdi. Meydana sırf qələbə üçün çıxacağıq. İnşallah, qalib gələcəyik".





