"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bugünkü oyunda qələbə qazanmaq vacib idi. 3 xalı qazandığımız üçün şadam. Komandamı təbrik edirəm. “Sumqayıt” komandası əsasən gənc futbolçulardan təşkil olunub. Sevindirici haldı ki, sonadək mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən üstün idi”.





