Türkiyənin "Kahramanmaraşspor" klubu ilə yollarını ayıraraq vətənə qayıdan və hazırda fərdi məşqlərlə kifayətlənən Fərid Quliyev bu gün keçirilmiş Topaz Premyer Liqasının 17-ci turunun oyununu izləyənlər arasındaydı. Futbolinfo.az saytına müsahibə verən futbolçu həm PTT 1-ci liqa klubu ilə ayrılığından, həm də qarşıdakı planlarından danışıb:
"Klubdan maliyyə problemlərinə görə ayrıldım. TFF məni haqlı çıxardl və birtərəfli şəkildə müqaviləmi pozdum. Sabiq klubumu məhkəməyə verəcəm. FİFA-ya müraciət edəcəm. Amma indiki halda bunu edə bilmərəm. Etsəm, transferim dondurulacaq. Özümə klib tapdıqdan sonra pulumu almaq üçün FİFA-ya müraciət edəcəm. Hazırda bir neçə təklif var. Azərbaycandan da təklif almışam, Türkiyədən də. Özüm isə xaricdə oynamaq istəyirəm. Ən azı iki il Türkiyədə oynayım, gerisinə baxarıq".





