Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyası (CONCACAF) ilin ən yaxşılarını seçib. Futbolinfo.az xəbər verir ki, yığma komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər arasında keçirilmiş sorğuda "İlin ən yaxşı futbolçusu" (kişi) Meksikanın "Santos Laquna" klubunda forma geyinən Oribe Peralta olub.
 
O, ötən mövsüm Peralta Meksika çempionatında 27 matçda 19 qol vurub, yığmadakı 7 rəsmi matçında isə 8 dəfə fərqlənib. Peralta Landon Donovan və Klint Dempsey kimi ABŞ-ın məşhur ulduzlarını qabaqlayıb.
 
"İlin baş məşqçisi" Yurgen Klinsmann seçilib. ABŞ yığması ilə "CONCACAF Gold Cup" turnirinin qalibi olan alman mütəxəssisin başçılıq etdiyi komanda dünya çempionatına da vəsiqə qazanıb.
 
ABŞ millisinin və İngiltərə "Everton"unun qapıçısı Tim Hovard "İlin qapıçısı", meksikalı Marko Antonio Rodriges "İlin hakimi" seçilib. "İlin qolu" mükafatına meksikalı Raul Ximenes sahib çıxıb. 22 yaşlı futbolçunun Meksika millisinin heyətində 11 oktbyarbda Panamaya vurduğu qol ən yaxşı olub.
 
Qadınlar arasında "İlin futbolçusu" ABŞ yığmasının üzvü Aleks Morqan seçilib. ABŞ qadınlar liqasında "Portland Torns"la çempion olan Morqan 18 oyunda 8 qola imza atıb. 24 yaşlı futbolçu 2013-cü ildəki 12 oyunda 6 dəfə fərqlənib.
Shares: