Madriddə təlim-məşq toplanışını davam etdirən "Bakı"nın U-14 komandası səhər məşqindən sonra İspaniya U-15 liqasının “Atletiko” (Madird) – ”Real” (Palomeras) qarşılşamasını izləməyə yollanıb. Futbolinfo.az xəbər verir ki, bu oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Belə ki, “Atletiko”nun heyətində İspaniyada uzun müddətli təlim keçən 5 futbolçumuz yer alacaqdı. Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli və Asim Abdullazadə start heyyətində yer alıblar və kifayət qədər inamlı təsir bağışlayıblar. Ümumiyyətlə, oyun “Atletiko”nu böyük üstünlüyü şəraitində keçib və onlar rəqib qapısından 19 cavabsız top keçiriblər.
İkinci hissədə Ruslan Süleymanov da oyuna qoşulub və meydandakı azərbaycanlı futbolçuların sayı beşə çatıb. Onu da qeyd edək ki, yeniyetmə futolçularımız bu qələbədə önəmli pay sahibi olublar. Qəlbinur Adıgözəlli 5, Ruslan Süleymanov isə 2 dəfə fərqlənib.
"Bakı"nın U-14 komandasının üzvləri də bu qarşılşamanı tribunadan izləyiblər və sonadək “Atletiko”lu futbolçularımızı dəstəkləyiblər.





