"Barselona"nın forvardı Lionel Messinin və atası Xorxe Messinin vergi yayınmasında ittiham olunması çoxdan məlumdu. Futbolinfo.az xəbər verir ki, argentinalılar məsələni həll etməmiş yeni bir problem yaranıb.
 
Belə ki, Xorxe Messi yaxın günlərdə yenidən məhkəməyə çıxıb. Amma bu dəfə vergi məsələsinə görə yox, narkotika alverçiləri ilə əlbir olduğuna görə. Ulduz futbolçunun atasının günahı hələ ki, sübuta yetirilməyib.
 
İddialara görə, Xorxe narkotik vasitəsi ilə əldə etdiyi gəliri rok konsertləri və "Messinin dostları" matçının təşkilində xərcləyib. Hətta əlavə məlumat almaq üçün Messinin özü ilə yanaşı, komanda yoldaşları Daniel Alveş, Xose Manuel Pinto Pinto və Xavyer Maskeranodan da izahat alınıb.
Shares: