“İnter” bolqar hücumçusu Daniel Genovla yollarını ayırır. Bu barədə futbolinfo.az saytına futbolçunun özü məlumat verib.
 
Son ayları əvəzedici heyətdə keçirən bolqar forvard bu vəziyyətindən məmnun deyil. Bu üzdən də o, qış fasiləsində “bankirlər”in heyətindən kənarlaşdırılacaq.
 
Qeyd edək ki, Genov mövsümün əvvəlində baş məşqçi Kaxaber Sxadadze tərəfindən əvəzedici komandaya göndərilmişdi. Həmin dövrdən etibarən əsas komandanın qapıları Genovun üzünə bağlanıb.
 
Onu da xatırladaq ki, Genov 2010-cu ildən etibarən "İnter"ə transfer olunub. O, 2011/12 mövsümündə icarə əsasında "Simurq"da da çıxış edib. Genovun karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.
Shares: