“İnter”in bolqarıstanlı hücumçusu Daniel Genovun futbolinfo.az saytına müsahibəsi
 
– Kaxaber Sxadadzenin sizi əvəzedici komandaya göndərməsindən artıq xeyli vaxt keçib və siz hələ də əsas heyətə dönməmisiz. Baş məşqçinin bu qərarına nə səbəb oldu ki?
– Bilmirəm. Sadəcə, belə alındı. Mən də istəyərdim ki, əsas komandada oynayım. Amma əvəzedici heyətdə oynamağım məsləhət görüldü və ora getdim.
 
– Sonra baş məşqçi ilə bu barədə söhbətiniz olub?
– Yox.
 
– Əvəzedici heyətdə oynamaq çətin deyil ki?
– Yox, burada hər şey yaxşıdı. Sadəcə, mən burada oynayacaq futbolçu deyiləm. Mənim üçün bu yaşımda daha önəmli şeylər var.
 
– Gözləmək olar ki, yanvarda "İnter"i tərk edəsiz?
– Əlbəttə! Yanvarda özümə komanda tapıb, “İnter”dən gedəcəm.
 
– Təkliflər var?
– Hələ ki, yoxdu. Daha doğrusu Azərbaycan komandalarından təklif yoxdu. Fasiləni gözləyirəm. Qış transfer pəncərəsi açılan kimi Bolqarıstana gedəcəm. Orada menecerimlə görüşüb söhbət edəcəyik. Bundan sonra qərar verəcəyəm.
 
– “İnter”lə müqavilənizin müddəti nə zaman bitir?
– May ayında başa çatacaq.
 
– O zaman sizə başqa kluba keçmək yolunda problem yarana bilər…
– Yox, biz artıq rəhbərliklə bu barədə danışmışıq. Qış fasiləsində komandanı tərk edəcəm.
 
– Sxadadze də komandada qalmağınızı istəmir?
– Yox, onunla danışdıq və bu məsələni həll etdik. O da mənə daha yaxşı komanda tapmağı məsləhət gördü. Ona hər şey üçün təşəkkür edirəm. Artıq 24 yaşım var və məni qarşıda uğur gözləyir. Bu yaşımda ancaq oynamalıyam.
 
ELSEVƏR
Shares: