"Çelsi"nin stopperi David Luiz Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri "Qalatasaray" haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, türklərlə səfər oyunun onlar üçün gözləniləndən də çətin keçəcəyini bildirib:
"Bizim üçün çox çətin matç olacaq. "Qalatasaray" evində oynadığı qarşılaşmalarda nə qədər güclü bir komanda olduğunu sübut edib. "Yuventus"u məğlub etdikləri son oyunda qarlı və pis hava şərtlərinə baxmayaraq, növbəti tura keçdilər. Cavab oyununu Londonda keçirmək bizim üçün üstünlükdü. Hamımız qalib gəlməli olduğumuzun fərqindəyik və bunun üçün oynayacağıq. İstanbuldan 0:0 hesabı ilə geri dönsək, növbəti tura keçə bilərik".





