Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Türkiyənin "Dənizlispor" klubundan ayrılmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, buna səbəb Türkiyə klubundakı maliyyə problemləridi.
 
Saşa və komanda yoldaşları artıq 5 aydı maaş ala bilmir. Bu səbəbdən qış fasiləsində bir neçə aparıcı futbolçu, o cümlədən Saşa Yunisoğlu Dənizli təmsilçisini tərk edəcək.
 
Qeyd edək ki, bir müddət öncə "Dənizlispor"dakı digər həmyerlimiz Arif İsayev də klubla yollarını ayırmağa qərar vermişdi.
Shares: