“İclasda maraqlı müzakirələr oldu. Rövnəq Abdullayev hər kəsə söz verdi. Hamı öz fikrini bildirdi. Tənqidi fikirlər də səsləndirildi. Daha sonra Berti Foqtsun millidə saxlanılmasına qərar verilldi. Alman məşqçinin qarşısına isə bir sıra şərtlər qoyuldu”.
Bu sözləri futbolinfo.az saytına İcraiyya Komitəsinin üzvü Mahir Məmmədov deyib. Bu gün keçirilən iclasdan sonra o, Foqtsun milli komandada qalması haqqında danışıb:
"Əsas şərtlər o idi ki, Foqts Premyer Liqanın oyunlarını daha çox izləməlidi. Çünki klubların heyətində oynayan yığma üzvləri hiss etməlidilər ki, onları millimizin baş məşqçisi izləyir. Həmçinin gənc futbolçulara daha çox üstünlük verilməlidi. Bunu da qeyd etdik və Foqts da bu fikri dəstəklədi. Həmçinin DÇ-2014-ün seçmə mərhələsində milli komandamızın bəxtinin gətirməməsi də önə çəkildi”.





