Madrid "Real"ının futbolçuları cari mövsüm zədələrdən heç cür yaxa qurtara bilmir. Futbolinfo.az xəbər verir ki, indi də komandanın superulduzu Qaret Beyl sıradan çıxıb.
 
Artıq bu onun mövsüm ərzindəki ikinci zədələnməsidi. Bu haqda “Kral Klubu”nun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, uelsli yarımmüdafiəçi son məşqdə komanda yoldaşı ilə toqquşub və sol ayağından problem yaşayıb. 24 yaşlı oyunçunun həkim nəzarətində olduğu qeyd edilib.
 
Baş məşqçi Karlo Ançelotti isə futbolçusunun durumun o qədər də ciddi olmadığını düşünür: “Məncə, Beyl bazar günü oynanılacaq matçda iştirak edəcək. Tibbi müayinədən sonra hər şey dəqiqləşəcək".
 
Beyl zədə səbəbindən indiyə kimi “Real”da cəmi 11 matçda forma geyib. O, bu oyunlarda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: