"Atletiko"nun (Madrid) prezidenti Enrike Kerezo iddialı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri komandanın çox yaxşı bir dönəm keçirdiyini və La Liqada çempionluğun əsas favoriti olduğunu deyib:
"Dünyadakı ən yaxşı komanda olduğumuzu düşünmürəm. Ancaq İspaniyanın ən güclüsüyük. Bütün kubokları qazanmaq istəyirik. "Atletiko" kimi bir klubu görməzlikdən gəlmək olmaz".
Qeyd edək ki, Madrid klubu hazırda ölkə çempionatında 43 xalla "Barselona" ilə zirvəni bölüşdürür.





