Qışda heyətini gücləndirmək istəyən Türkiyənin “Qalatasaray" klubu bunun üçün ilk addımını atıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” transfer üçün ilk rəsmi təklifini gerçəkləşdirib.
 
"Cim-Bom"  Brazliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles üçün 7 milyon avro təklif edib.
 
21 yaşlı oyunçu Braziliyanın ən yaxşı müdafiəçilərindən hesab olunur. O, bu mövsüm ölkə çempionatından 32 matçda forma geyib.
 
Qeyd edək ki, A.Telles ilə bəzi Avropa klubları da maraqlanır.
Shares: