İngiltərə Premyer Liqasında çətin günlər keçirən "Mançester Yunayted" ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, mankunyanların əsas qol silahlarından olan Ueyn Runi sıradan çıxıb.
Buna görə də, forvard İngiltərə Liqa kubokuda ötən gün keçirilən "Stok Siti" ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
Onun premyer-liqada dekabrın 21-də baş tutacaq "Vest Hem"lə görüşdə forma geyib-geyməyəcəyi isə hələlik məlum deyil.





