London “Çelsi”sinin qapıçısı Petr Çex Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Qalatasaray”la bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, çex qapıçı İstanbul klubunun təhlükəli rəqib olduğunu deyib.
31 yaşlı qolkiper sabiq komanda yoldaşı Didye Droqbanı yenidən görəcəyi üçün də həyəcanlı olduğunu bildirib: “Droqba ilə Çempionlar Liqasında qarşı-qarşıya gəlməyimiz çox sevindirici haldır. Didyeni görmək məni həyəcanlandırır. “Qalatasaray” isə yaxşı yağlanmış mühərrik kimidi. Rəqib çox təhlükəli komandadı”.
Qeyd edək ki, Çex 2004-cü ildən “Çelsi”də çıxış edir.





