Qış “transfer pəncərəsi”nin açılmasına az qalmış "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyasın İspaniya çempionatında hələ də meydana çıxa bilməməsi onun komandadan ayrılacağı iddialarını xeyli gücləndirib. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatı yanvarda onun “Arsenal”a keçəcəyini iddia edib.
Kasilyas çoxdan “topçular”ın maraq dairəsindədi. Artıq London təmsilçisi İkerin meneceri ilə danışıqlara başlayıb. "Real"ın əsas heyətindən kənarda qalan 32 yaşlı qapıçının da İngiltərədə oynamağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Kasilyasla İngiltərənin "Mançester Siti" klubu da yaxından maraqlanır.





