Hazırda davam edən "Qəbələ" – "Bakı" (1:0) oyununda gözlənilməz hadisə yaşanıb. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, qonaqların şərəfini qoruyan Aleksandar Şoliç güclü zərbəyə məruz qalıb.
Belə ki, ev sahibi komandanın formasını geyinən Lorenzo Ebesilio topu cərimə zərbəsindən güclü zərbə ilə canlı səddə dayanan Şoliçə vurub. Bir neçə dəqiqə həkim yardımına ehtiyacı olan Şoliç meydanı tərk etdikdən sonra yenidən oyuna qayıdıb.





