"Bakı" klubu "Qəbələ" ilə görüşdən sonra istirahətə yollanacaq. Bu barədə futbolinfo.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov məlumat verib.
 
"Qəbələ" ilə oyundan sonra komanda istirahətə yollanacaq. Yanvarın 9-da Bakıda yenidən bir araya gələcəyik. Bir araya yığıldıqdan sonra hansı futbolçularla yolların ayırılacağına qərar veriləcək".
 
Klub rəsmisi komandanın təlim-məşq toplanışı haqda da məlumat verib: "Yanvarın 11-dən 27-nə qədər İspaniyada təlim-məşq toplanışında olacağıq. Bu ərəfədə 4 yoldaşlıq görüşü planlaşdırılıb. Hələlik bir komanda müəyyənləşib. Çin çempionatında 2-ci pillədə qərarlaşan komanda ilə oyun keçirəcəyik. Planımızda "Atletiko" ilə oyun keçirmək də daxildi. Lakin A, yoxsa B komanda olacağı bilinmir. Bundan başqa toplanış vaxtı Madrid şəhərinə səfər də gözlənilir".
Shares: