Futbol üzrə Azərbaycan millisinin və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov baş məşqçi Qurban Berdiyevin istefasına münasibətini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Berdiyevin istefaya göndırilməsi mənim üçün gözlənilməz oldu. Amma futbolçular necə klublarını dəyişirlərsə, məşqçilərin də bir klubda fəaliyyəti daimi deyil. Bu, futboldu. Hər an hər şeyə hazır olmaq lazımdı. Berdiyev yaxşı məşqçidi. Məni komandaya o gətirmişdi. Komandanı yaxşı tanıyırdı, futbolçular ilə yaxşı dil tapırdı. Amma yenə deyirəm, bu, futboldu. Belə oldu. Berdiyevə gələcək karyerasında, işində uğurlar arzulayıram".
 
Ruslan "Rubin"dəki öz taleyindən də danışıb: "Rubin"lə müqaviləm var. Yeni gələn baş məşqçiyə özümü sübut edib, əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm".
 
Abışov Yuri Syominin "Rubin"ə baş məşqçi gəlməsi ilə bağlı xəbərə də münasibətini açıqlayıb: "Komandaya kimin gəlməsinin mənim üçün fərqi yoxdu. Mən futbolçuyam, işim futbol oynamaqdı. Özümü "Rubin"ə gələn hər bir məşqçiyə yaxşı tərəfdən göstərib, komandadda möhkəmlənmək istəyirəm."
 
Kəmalə İsmayılova
Shares: