"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder iddialı açıqlamaları ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, holland ulduz mətbuatda yazılaların yanlış olduğunu, qışda "Qalatasaray"dan getmək niyyətində olmadığını bildirib:
"Hər dəfə “transfer pəncərəsi” açılana yaxın adım bir sıra klublarla hallanır. Bundan çox narahat oluram. "Qalatasaray"da çox xoşbəxtəm və heç yerə getməyi düşünmürəm".
Super Liqada əzəli rəqibləri "Fənərbaxça" ilə aralarında yaranmış 11 xallıq fərqə də toxunan Sneyder bunu aradan qaldıracaqlarına inandığını deyib: "Hələ yolun yarısındayıq. Qarşıda ikinci dövrə var. Xal fərqini aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Özümə və komanda yoldaşlarıma güvənirəm".





