Bir neçə gün əvvəl “Tottenhem” klubunun baş məşqçisi postundan qovulan Andre Villaş-Boaş “Milan”da analoji postu tuta bilər. Futbolinfo.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi hazırkı çalışdırıcı Massimiliano Alleqrinin fəaliyyətindən narazıdı.
 
Bu barədə Britaniya mətbuatı məlumat verib. Portuqal mütəxəssisin xidmətində “Milan”la yanaşı, “Vest Bromviç” də maraqlıdı. Lakin Villaş-Boaşın seçim qarşısında qalarsa, “Milan”a üstünlük verəcəyi gözlənilir.
Shares: