"Xəzər Lənkəran"ın qış fasiləsində komandadan göndərəcəyi futbolçulardan biri də dəqiqləşib. Futbolinf.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Mustafa Dənizli Radomir Todorovu da sərəncamında görmək istəmir.
Türkiyəli mütəxəssis artıq Todorobun komandadan göndərilməsini rəhbərlikdən istəyib.
Qeyd edək ki, Radomir ilk dəfə "Xəzər Lənkəran"a 2007-ci ildə transfer olunmuşdu. 2010-cu ildə bu komandadan ayrılan və bir müddət "Bakı" ilə Varna "Spartak"ında top qovan müdafiəçi 2012-ci ildə yenidən cənub təmsilçisinin düşərgəsinə qayıtmışdı.
"Xəzər Lənkəran" Todorovdan başqa bu qış braziliyalı qapıçı Duqlas Leyte ilə də yollarını ayırıb.





