AFFA-nın bu ildən başlayaraq veteran futbolçular arasında keçirdiyi müntəzəm turnirlərdən biri Naxçıvanda düzənlənəcək. Futbolinfo.az xəbər verir ki, veteranlar dekabrın 25-də Muxtar Respublikada bir araya gələcəklər.
Yarışda "Kəpəz", "Qarabağ", "Sumqayıt" və "Neftçi" ilə yanaşı, yerli "Araz"ın qocaman oyunçularından ibarət komanda da çıxış edəcək. Yarış bir gün ərzində keçiriləcək. Kollektivlər hərəsi 15 dəqiqə sürəcək ikihissəli oyunda üz-üzə gələcəklər.
Xatırladaq ki, Naxçıvandan öncə analoji turnirlər Masallı, Oğuz və Qəbələdə keçirilmişdi.





