İspaniyalı mütəxəssis Eusebio Sakristan “Rubin”in baş məşqçisi postuna gətirilməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, 49 yaşlı çalışdırıcı hazırda “Barselona B” komandasını çalışdırır.
“Rubin”in namizədləri arasında Sakristan əsas favoritdi. Tatarıstan klubu mütəxəssisin İspaniyadakı əlaqələrini nəzərə alaraq belə bir addım atmaq istəyir.
Sakristan İspaniya ilə yanaşı, Hollandiyada da iş təcrübəsinə malikdi.





