"Qəbələ"nin baş məşqçisi Yuri Syominin Rusiyanın "Rubin" klubuna, yarımmüdafiəçisi Nizami Hacıyevin isə Polşa "Poqon"una gedəcəyi barədə xəbərlər dolaşır. Futbolinfo.az saytına müsahibəsində klubun meneceri Zaur Əzizov bu xəbərlərə münasibətini açıqlayıb:
"Artıq komanda istirahətə yollanıb. Bizimlə müqaviləsi olan bütün futbolçular komandada qalacaq. Nizami Hacıyevin də bizimlə müqaviləsi var. Lakin biz əcnəbi klublara gedəcək yerli futbolçulara şərait yaradacağıq. Əgər gedirsə, Nizamiyə problem yaratmayacağıq".
"Yuri Syominin də bizimlə müqaviləsi var. Yaxşı nəticə göstəririk. Biz Syominin işindən razıyıq. O da bizimlə əməkdaşlıqdan narazı deyil. Bu səbəbdən də hər hansı bir ayrılıq barədə düşünmürük".





