İngiltərənin “Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo premyer-liqanın növbəti turunda qarşılaşacaqları "Arsenal"la oyunöncəsi danışıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı London derbisini səbirsizliklə gözlədiyini bildirib:
 
"Əlbəttə, bu oyun bizim üçün çox əhəmiyyətlidi. Çünki bu həm London derbisidi, həm də turnir cədvəli baxımından çox vacibdi. Qələbə qazanan tərəf böyük üstünlük əldə edəcək. Təəssüf ki, oyun sabah yox, biri gündü. Səbirsizliklə bu oyunu gözləyirəm".
 
Qeyd edək ki, "Arsenal" – "Çelsi" oyunu dekabrın 23-də baş tutacaq.
Shares: