Klublarası dünya çempionatına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ötən axşam üçüncü yer uğrunda oyun və final matçı keçirilib.
 
Üçüncü yer uğrunda Braziliya "Atletiko Mineyro"su Çinin "Quanqzou Everqrande" klubunu sınağa çəkib. Oyun braziliyalıların qələbəsi ilə yekunlaşıb – 2:3.
 
Finalda isə Çempionlar Liqasının və Avropa Super Kubokunun qalibi "Bavariya" meydan sahibi "Raja Kasablanka"nı sınağa çəkib. Alman klubu Dante və Tiaqo Alkantaranın qolları ilə 2:0 hesablı qələbə qazanaraq dünyanın ən böyüyü olub.
 
Qeyd edək ki, "Bavariya" ilk dəfə klublararası dünya çempionluğuna sahib çıxıb.

Shares: