"Real"ın futbolçusu Xabi Alonso Madrid klubu ilə müqaviləni yeniləməyəcək. Futbolinfo.az xəbər verir ki, rəhbərlik ispan yarımmüdafiəçi müqaviləni uzatmağa razı sala bilmir.
 
Səbəb isə iki tərəf arasında maddi cəhətdən anlaşılmazlıqlar deyil. Alonso və ailəsi Madriddə qalmaq istəmədiyi üçün klubun təklifinə müsbət cavab vermir.
Alonso 5 aydan sonra hər hansı bir kluba təzminat qiyməti ödənilmədən transfer oluna biləcək.
 
təcrübəli yarımmüdafiəçi açıqlamalarında futbolçu karyerasını "Real"da başa vurmayacağını və başqa liqalarda oynamaq istədiyini bildirib.
Shares: