Ötən günlərdə "Qalatasaray"la razılığa gələn "Qremio"nun oyunçusu Aleks Telles artıq İstanbuldadı. Futbolinfo.az xəbər verir ki, o, futbolçu müqavilənin son detallarını müəyyənləşdirmək üçün Türkiyəyə gəlib.
 
Danışıqlar tam bitəndən sonra Tellesin müqaviləyə imza atacağı bildirilir. Məlumata görə, superliqa nəhəngi bu transfer üçün 7 milyon avrosundan keçəcək. Aleksin özü isə illik 1,5 milyon avro qazanacaq.
 
Yeri gəlmişkən, son günlər adı tez-tez "Qalatasaray"la hallanan "Hamburq"un yarımmüdafiəçisi Hakan Çalhanoğlunun da gələn ay “Cim-Bom”la müqavilə bağlayacağı gözlənilir. O, Türkiyə mətbuatına açıqlamasında belə danaışıb: "İnşallah bir gün "Qalatasaray" forması geyinərəm. Roberto Mançininin məni komandasında görmək istədiyi doğrudu. Möhtəşəm bir mütəxəssisdi. Onunla çalışmaq qürurvericidi. Hazırda danışıqlar gedir. Menecerim "Qalatasaray"la təmasdadı".
Shares: