"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone futbolçusu Dieqo Kosta haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Kostanı dünyanın ən yaxşı oyunçularından biri adlandırıb.
 
Hətta onu “Qızıl Top” mükafatına namizəd kimi də göstərməkdən çəkinməyib: "Kosta möhtəşəm oyun sərgiləyir və nəticələri dəyişdirməyi bacarır. Əgər "Qızıl Top" üçün səsvermə təkrar keçirilsə, mükafatı qazanmaq üçün mübarizə aparar".
 
Kosta cari mövsüm vurduğu 19 qolla La Liqada komandasının əsas qol silahına çevrilib.
Shares: